Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Arnold Şvarseneqqer rus xalqına müraciət etdi: "Gerçəkləri açacağam"

Arnold Şvarseneqqer rus xalqına müraciət etdi: "Gerçəkləri açacağam"

Hollivud ulduzu Arnold Şvarseneqqer Ukraynadakı müharibə ilə əlaqədar rus xalqna müraciət edib.

Lunar.az xəbər verir ki, aktyor onlara gizlədilən bəzi faktları açıqlayacağını bildirib. Videoda Arnold ingilis dilində danışsa da, rus dilində alt yazı verilib.

"Rus xalqını sevirəm, ona görə də xahiş edirəm qulaq asın və paylaşın. Bilirəm ki, rəhbəriniz sizə bu müharibənin məqsədi denafikasiyadır. Bu, doğru deyil. Ukrayna prezidenti yəhudi əsillidir. Yəhudi əsilli prezident, atası başqa şeylərlə yanaşı, hər üç qardaşı nasistlər tərəfindən öldürülüb. Ukrayna bu müharibəyə başlamadı. Bunu millətçilər və ya nasistlər başlatmayıb. Buna Kremldə hakimiyyətdə olanlar başlayıb. Bu, rus xalqının müharibəsi deyil" deyə, sənətçi videoda söyləyib.

Aktyor çıxışında BMT-nin 141 dövlətinin Rusiyanın təcavüzkar kimi tanınmasına səs verdiyini və “dünyanın Rusiyaya arxa çevirdiyini” də qeyd edib. "Rusiya xalqı indi baş verənlərdən xəbərsizdir, bunun səbəbi təbliğat və dezinformasiyadır" deyə, aktyor əlavə edib.

O, çıxışında rus xalqı ilə yanaşı, Rusiya Federasiyasının prezidenti Vladimir Putinə də müraciət edib:

"Prezident Putinə deyəcəyəm: bu müharibəni sən başladın, bu müharibəni sən aparırsan, bu müharibəni dayandıra bilərsən".

Şvartsenegger Rusiyada müharibə əleyhinə aksiyaların iştirakçılarını da xatırladıb və qeyd edib ki, “dünya onların cəsarətini gördü”.


Axşam.az









İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ