Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Əməkdar artistin 40 mərasiminə teatrdan bir nəfər də gəlmədi - VİDEO

Əməkdar artistin 40 mərasiminə teatrdan bir nəfər də gəlmədi - VİDEO

Fevralın 19-da Əməkdar artist, mərhum Novruz Qartalın 40 mərasimi keçirilib. Amma aktyorun işlədiyi Musiqili Teatrdan bir adam da mərhumun 40 mərasiminə qatılmayıb.

Bu barədə Qaynarinfo-ya aktyorun həyat yoldaşı Zərqələm Əliyeva məlumat verib. Zərqələm Əliyeva bunu Novruz Qartalın sənətinə hörmətsizlik kimi dəyərləndirib:

"Mənə teatrdan bir neçə gün qabaq zəng edib kollektivin mərasimdə iştirak edəcəyini bildirdilər. Mən də hazırlıq gördüm, amma o boyda teatrdan bir adam Novruzun sənətini qiymətləndirmədi, heç biri mərasimə gəlmədi. Elə bil ürəyimə dammışdı.

Zəng edib maraqlananda dedilər ki, rəhbərlik Gəncəyə getmək üçün avtobus təşkil edib, amma kollektivin biri də gələməyib. Bu sözlərlə rəhbərliyi müdafiə edirlər. Rəhbərlik avtobus təşkil edirsə, kimin nə ixtiyarı var ona etiraz etsin? Ayıbdır. Bu çətin zamanda adamı xərcə salarlar? Sizə yalvaran yoxdur ki! Nə deyin, nə də gəlin".

Zərqələm Əliyeva Novruz Qartalın qəbirüstü abidəsinin hazır olduğunu bildirib:

"Qohum, dost-tanış getdik, ziyarət etdik. Teatrın Novruza olan münasibətini bütün Gəncə gördü. Bir adam qəbrinin üstünə gəlmədi. Novruza Xalq artisti fəxri adını, evini verdirmədin, onun haqqını yediniz.

Əmin olun ki, bunun cavabını verəcəksiniz. Teatrın direktoru Əliqismət Lalayev Novruz öləndən bir dəfə də olsun mənim qapımdan girib başsağlığı verməyib. 7 günü gəlib camaatla oturub, ordan da çıxıb gedib.

Məni çağırıb demədi ki, ömrünü bu teatrda qoyan aktyora Allah rəhmət eləsin. Neyləyib, Novruz sənə? Ondan nəyin qisasını alırsan? Buna görə cavab verəcəksiniz".




Lunar.az








İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ