Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
"Əsəbi toplayıb, evdə arvad-uşağa tökürsən"

"Əsəbi toplayıb, evdə arvad-uşağa tökürsən"

"Uşaq döymək ailə hadisəsi deyil: əzik, sınıq, travmalı, özünə inamsız, kompleksli cəmiyyəti yaratmaqdır".

Lunar.az xəbər verir ki, bu sözləri müğənni-bəstəkar Murad Arif sosial şəbəkədə yazıb. Sənətçi uşaqların döyülməsi müzakirəsinə münasibət bildirib:

"Ona görə də özgüvənimiz yox, ona görə də bir çox hallarda qanunlar işləmir, özbaşınalıqlar, səhlənkarlıqlar, vəzifədən sui-istifadə etmələr yayılır.

Müdirinə, rəisinə, qanunu çapıb-talayanlarına, rüşvətxorlarına dirəniş göstərə bilməməyimiz, o müdirlərin, "ağaların" qarşısında ikiqat əyilib, haqqını tələb edə bilməməyimiz, bax, həmin əziklikdir. Aqressivliyi toplayıb, evdə arvad-uşağa tökürsən... Yanlış dairəsi yeni nəsillərə ötürülür. Adını da mentalitet qoymuşuq".

Qeyd edək ki, aparıcı Sərxan Kərəmoğlu uşağı döyməklə bağlı açıqlaması ilə gündəmə gəlmişdi.


Axşam.az








Информация
Посетители, находящиеся в группе Qonağ, не могут оставлять комментарии к данной публикации.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ