Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
"Elgizlə izlə" niyə yayımlanmır?

"Elgizlə izlə" niyə yayımlanmır?

Aparıcılığını Elgiz Əkbərin etdiyi "Elgizlə izlə" verilişi bu gün efirə getməyib.

Lunar.az xəbər verir ki, aparıcı ötən gün efirdə sağollaşarkən bu gün təqdim edəcəyi bəzi məsələlərin anonsunu verib. Buna baxmayaraq onun yerinə ARB kanalında "Gizlənpaç" filmi yayımlanıb.

Məsələ ilə bağlı aparıcı Elgiz Əkbərlə əlaqə saxlamağa çalışsaq da o, telefona cavab verməyib.

ARB kanalının mətbuat katibi Mail Əsgərov isə məsələ ilə bağlı Axşam.az-ın soruğusunu belə cavablandırıb:

"Texniki işlərlə bağlıdır. Sabah yayımda olacaq".

Qeyd edək ki, son günlər "Elgizlə izlə" proqramının yayım vaxtı da qısaldılıb. Əvvəl saat 14:00-dan 16:00-a kimi yayımlanan veriliş artıq 15:30-a kimi efirə gedir.


Axşam.az








İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ