Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Baydenin nitqini kəsməsi taleyini həll etdi: Ağ Evin yeni sakini oldu

Baydenin nitqini kəsməsi taleyini həll etdi: Ağ Evin yeni sakini oldu

ABŞ prezidenti Co Bayden pişik sahiblənib. Heyvana Uillou ləqəbi verilib.

Bu barədə ABŞ lideri özünün rəsmi "Twitter" hesabından xəbər verib.

"Bayden ailəsinə xoş gəlmisın, Uillou!", - deyə yazan Ağ Evin rəhbəri yaşıl gözlü boz-ağ zolaqlı pişiyin şəklini paylaşıma əlavə edib.

KİV-in məlumatına görə, pişiyin iki yaşı var. Məlumata görə, prezident cütlüyü heyvanı birinci xanımın məmləkəti Uillou Qrouvun şərəfinə adlandırıb.

Cill Baydenin sözçüsü Maykl Larozanın sözlərinə görə, prezident ailəsinin Uillou ilə ilk görüşü hələ 2020-ci ildə Pensilvaniyada baş tutub. Həmin vaxt pişik səhnəyə atılaraq Co Baydenin seçkiqabağı nitqini kəsmişdi.

O da qeyd olunur ki, Uillou Ağ Evdə son 13 ildə ilk pişikdir. Əvvəllər orada ABŞ-ın keçmiş prezidenti Corc Buşa məxsus "İndia" ləqəbli pişik yaşayırdı. O, 2009-cu ildə ölüb.(oxu.az)








İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ