“İki uşaq anası bunu geyinməz” - Məşhur sənətçi geyiminə görə tənqid olundu - VİDEO
"Qlükoza" təxəllüsü ilə fəaliyyət göstərən rusiyalı ifaçı Natalya İonova açıq-saçıq geyimdə video paylaşımı ilə internetdə tənqid olunub.
Lunar.az xəbər verir ki, video və şərhlər onun İnstaqram səhifəsində yer alıb. 35 yaşlı məşhur çimərlikdə fotoqrafın qarşısında pozlar verib.
"Arxa fon eybəcərdir", "Bir növ biabırçılıqdır", "Çox bayağı şalvardır, iki uşaq anası bunu geyinməz", "Şalvar çox yaxşı deyil", "Külək başımdadır", "Cəfəngiyatdır", - deyə azarkeşlər şərh yazıblar.