Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Mətanət İsgəndərliyə ağır itki

Mətanət İsgəndərliyə ağır itki

Əməkdar artist Mətanət İsgəndərliyə ağır itki üz verib.

Lunar.az xəbər verir ki, sənətçinin atası Məhəmməd vəfat edib.

Bu barədə müğənni sosial şəbəkədə xəbər verib:

"Bir ala gözlü, şirin sözlü, nur üzlü bir ata itirmişəm. Elinə, obasına, balalarına son nəfəsinə qədər sadiq qalan, balaları üçün canını verən bir ata… Mənim dərdimi atasını itirənlər anlayar... Dünyada ən böyük arxamı, dayağımı itirdim. İndi haradan tapacam səni, ay atam?

Özüm övladlarıma həm atayam, həm ana, amma nə olsun ki, yaşımın bu çağında sən məni yetim qoydun. Yerini kimsə doldurmaz, üzümü güldürənim, məni həlim dindirənim...

Allah bütün dünyadan köçən atalara rəhmət etsin, mənim atam da onların içində… Ruhun şad olsun əziz atam… Yatdığın torpağa qurban olum. Heç səndən doymadım...".


Axşam.az








İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ