Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
"Rəhmətlik atamı söyüb" - Tolikdən MAXE ilə bağlı açıqlama

"Rəhmətlik atamı söyüb" - Tolikdən MAXE ilə bağlı açıqlama

Prodüser Tarix Əliyev (Tolik) sosial şəbəkədə canlı yayımda müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını (MAXE) təhqir edib.

Lunar.az xəbər verir ki, Tolik məsələ ilə bağlı açıqlama yayıb. O bildirib ki, həmin şəxs onun valideynini söyüb:

"Əslində bu haqda açıqlama vermək də istəmirdim, amma görürəm ki, bəziləri bildi-bilmədi fikir bildirirlər. Nəyinki mən, heç bir vətandaş zəfərlə nəticələnən 44 günlük müharibəmizdən sonra heç bir əsgər, zabit və MAXE-mizə pis fikir bildirməyə haqqı belə çatmaz. TikTok sosial şəbəkəsində öz hərbçi dostuna məni, ailəmi və rəhmətlik atamı söydürən MAXE Rəhmanla canlı yayımda söhbətim də olub. Dəfələrlə ona verdiyim suala cavab da tapa bilmədim, hər dəfə məni niyə söydüyünü soruşdum, amma yenə də susdu. İndi isə sizə sualım var: hansısa MAXEnin, ya da başqa peşə sahibinin sizin ailə üzvlərinə, rəhmətliklərinizə söyməyə haqqı var? Atamın nə günahı var? Heç atamın ili çıxmayıb".

Tolik daha sonra verilişində əlavə edib ki, o, sözləri ümumi yox, konkret bir hərbi qulluqçu haqqında deyib:

"Bu ölkənin şəhidinə də, yaxşı əsgərinə də, hərbçisinə də qurban olum. Amma hərbidə olan bir insan mənim dünyadan köçmüş atamı təhqir edəcəksə... Dilim kəsilər mənim Azərbaycan əsgərinə, zabitinə, hərbi qulluqçusuna ümumi şəkildə nəsə söz deyəm. Tərbiyəsiz insanlar hər yerdə var. Bütün şərəfli, namuslu, torpaqlarımızı gecə-gündüz qoruyan, analarımıza bacılarımıza öz anası, bacısı kimi baxan, onları təhqir etdirməyən zabitlərimizə, əsgərlərimizə, MAXE-lərimizə canım qurban. Amma tərbiyəsizlərə yox. Tərbiyəsizin cavabını vəzifəsindən, tutduğu mövqedən asılı olmayaraq yerində vermək lazımdır. Ona görə xahiş edirəm, bir nəfərə ünvanladığım sözü ümumiləşdirib insanları çaş-baş salmayın".

Qeyd edək ki, TikTok sosial şəbəkəsində izləyiciləri ilə söhbət zamanı MAXE-lərlə bağlı nalayiq fikirlər səsləndirən Tolik bildirib ki, onu əsgərlər qoruyur:

"MAXE kimdir ki, məni qorusun? MAXE dövlətin kəbinli arvadıdır. Aybaay maaş alır. Məni qoruyan mənim əsgərimdir. MAXE yataqxanada yatanda, mənim əsgərim postda dayanır".


Axşam.az








İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ