Türkiyəli müğənni Berkay həyat yoldaşı Özlem Ada Şahin və qızları ilə hava limanında görüntülənib.
Lunar.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, sənətçi geyim tərzi ilə diqqət çəkib. Müğəninin üzərində gödəkçə, şortik ayağında isə başmaq olub.
O, müxbirlərin "üşümürsünüz" sualına belə cavab verib:
"Yox, nə üşümək? Sivasda əsgərliyimi çəkmişəm. Mənfi 27 dərəcəni görmüşəm. Toxunun mənə, yanıram".
Berkayın "Yeezy" brendindən olan başmağının dəyəri isə 10 min lirədir.