Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
"Gecə papağımı taxıb, Bakını ayaqla gəzirəm"

"Gecə papağımı taxıb, Bakını ayaqla gəzirəm"

"Azərbaycan musiqisini çox sevirəm. Necə ifa edirlər heyrətlənirəm".

Lunar.az xəbər verir ki, bu sözləri türkiyəli müğənni Rafet El Roman aparıcı Emin Müsəvi ilə söhbəti zamanı deyib. Bir neçə gün əvvəl Bakıda konsert verən ifaçı Azərbaycana olan sevgisindən danışıb:

"Bakının gecə işıqlı küçələrini sevirəm. Bütün Bakını ayaqla gəzirəm. Burada balığı sevirəm. İndi Almaniyada yaşayıram. Həyatımı musiqi ilə keçirdim. Mənim üçün birnömrəli ifaçı Rəşid Behbudovdur. Bir də Aygün Kazımovanın səsini bəyənirəm.

Röyanı da sevirəm, səhnə də paylaşmışıq. Buranın özünəməxsus rəqslərini, musiqisini bəyənirəm. Burada 6/8 ritminə heyranam. Hərdən musiqiçilərimə deyirəm ki, bunu siz də edin. Amma bacarmırlar, bir yerdən sonra dayanırlar. Sizin musiqiçilər bunu necə edir?

Burada insanlar bilmir, amma mən gələndə oteldə qalıram. Gecə papağımı taxıb küçəyə çıxıb, bütün şəhəri ayaqla gəzirəm".


Axşam.az








İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ