"Evə görə bacısı oğlu Gülünü illər əvvəl bıçaqalayıb"
Əməkdar artist Kübra Əliyeva mərhum Xalq artisti Rafiq Hüseynov (Rəmiş) və xanımı Gülü ilə bağlı etiraf edib.
Lunar.az xəbər verir ki, aktrisa "Tarixin bir günü" proqramında qonaq olarkən gitara ifaçısına görə bacısı oğlunun illər əvvəl Gülünü bıçaqlamasından danışıb. O bildirib ki, hadisə ev üstündə yaşanıb:
"Bunu heç yerdə deməmişəm. Gülü məni bağışlasın. Bu sirri saxlamağım bəsdir. O vaxt Gülü Rəmişi görüb, evinə gətirib. Rəmiş də deyib ki, evlənək. Gülünün bacısı oğlu söyləyib ki, sən bu evi bizə verəcəksən, Rəmiş burada nə gəzir? Elə bu məsələyə görə bacısı oğlu Gülünü bıçaqlayıb. Ona üç-dörd dəfə bıçaq vurub.
Qonşu dedi ki, Kübra xanım, xəbəriniz var Gülü xəstəxanadadır? Maşını necə sürdümsə, bir Allah bilir. Çatdım xəstəxanaya, yuxarı mərtəbəyə qalxdım. Həkim dedi, Kübra xanım, hər şey qaydasındadır. Getdim evlərinə. Sən demə, Rəmiş Gülünü aparıb ki, işə polis qarışmasın. Gülü də yaralı-yaralı ona qulluq edir, çay gətirir.
Onunla maraqlandım, dedi ki, narahat olma tikiş qoyublar. Sonra məni mətbəxə çağırdı, dedi ki, onun üstünə çox getmə, bir də mənə halallıq ver. Dedim, niyə? Qayıtdı ki, Rəmiş bu evi satmaq istəyir. Mən də söylədim ki, sən on ildir Rəmişi istəyirdin, onu tapmısansa, nə deyir olsun. Halallıq verdim, Rəmiş evi satdı".