"Səhhətimdə problem yoxdur, amma yazıblar ki, yoluxmusan" - Əməkdar artist
Əməkdar artist Gülşad Baxşıyevanın baş rolunu canlandırdığı “Nazik mətləb” filminin qala gecəsinə qatılmaması aktrisa haqda şayiələrə səbəb olub.
Lunar.az xəbər verir ki, sənətçinin çəkilişlər zamanı koronavirusa yoluxduğu, hətta vəziyyətinin yaxşı olmadığı bildirilib. MTV-yə danışan aktrisa haqqında yazılanların yalan olduğunu, özünü yaxşı hiss etdiyini bildirib:
"Adi bir virusdur, lap tutaq ki, tutmuşam. Kəçən il bu vaxtlar idi, 2 dəfə təcili yardım gəldi və yaxma götürüb getdilər. Testin cavabı neqativ gəldi. Gələn ismarışları da saxlamışam. Amma həmin vaxt mən virusa yoluxumuşdum. Özümü halsız hiss edirdim, pis vəziyyətdəydim. İndi isə səhhətimdə problem yoxdur, amma yazıblar ki, yoluxmusan. İki həftə məni evdə dustaq edəcəklər".