Hazırda "Aziz" serialında rol alan aktrisa Damla Sönməz müsahibəsi ilə gündəmə gəlib. Lunar.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktrisa seriallarda ona icazə verilməyən nüansı açıqlayıb:
"Mənim gözaltım ailəmdə olduğu kimi daha tünd rəngdədir. Üzümdə xarakterik bir ifadə yaratsa da, seriallarda buna icazə vermirlər. Çünki qəbul edilmiş bir gözəllik standartı var.
Bu mənə təsir etsə də, fikir vermədən yaşamağa çalışıram. Gözəl kateqoriyasına girmirəm deyə üzülmürəm, amma o sıraya salmağa çalışırlar deyə, canım sıxılır".