Rusiyanın məşhur müğənnisi Maşa Rasputinanın ailəsindəki qalmaqal bitmək bilmir.
Lunar.az xəbər verir ki, ifaçının qızı Mariya tok-şouya qatılaraq dəhşətli həyatından danışıb. O bildirib ki, valideynləri onunla pis rəftar edib, atasının digər evlilikdən olan böyük oğlu isə ona təcavüz etmək istəyib.
Rasputina qızının açıq-saçıq söhbətinə şok olduğunu deyib. O, övladının Andrey Malaxovun efirində bunları danışmasına məyus olub. Maşa deyib ki, qızı erkən yaşdan özünü yaxşı aparmayıb, pis oxuyub, universitetdə dərslərə qatılmayıb, sonra anasına jurnalist olmaq istədiyini deyib. 21 yaşlı qızına çox pul xərclədiyini söyləyən Maşa onun üçün əlindən gələni etdiyini gizlətməyib.
İfaçı qızını özünün şouya göndərdiyini iddia edənlərə isə əsəbiləşib:
"Övladını belə bir çirkaba göndərmək üçün gərək axmaq olasan. O, öz istəyi ilə ora gedib. Valideynlərinə hörmət qoymayıb. Bu, çirkin şouya qatılmağı özü seçib. Mənə belə biabırçılıq lazım deyil. Əgər qızım həmin efirə gedib bu iyrənc açıqlamalarına davam etsə, yoldaşımla birlikdə bununla məşğul olacağıq. Valideynləri ilə dost olmaq istəmirsə, deməli düşməndir".
Rasputina bildirib ki, Malaxovun çəkilişindən xəbər tutanda az qalıb infarkt keçirə.