Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Səməd Səmədov xəstəliyini niyə gizlədib?

Səməd Səmədov xəstəliyini niyə gizlədib?

Mərhum Xalq artisti Səməd Səmədovun xanımı İradə Qasımova onun ölüm səbəbini açıqlayıb.

Lunar.az xəbər verir ki, o, həyat yoldaşının ilk vaxtlar xəstəliyini gizlətdiyini deyib:



"Mən Türkiyədə bacımgildə idim, qızımı uzun müddətdir görmürdük. Bakıya gəlmişdi. Səməd xəstələndi, qəbul etmirdi. Gizlədirdi xəstəliyini, deyirdi adi qripəm. Dərman içirdi. Amma sonra hərarəti 39-a qalxanda, başladı mənə zəng etdi ki, nəfəs ala bilmirəm. Saturasiyası yaxşı idi, xəstəxanaya yerləşdiriləndə 95 idi. Onun qanı pis idi, troblaşma oldu. Ölümünə səbəb bu oldu. Gülə-gülə xəstəxanaya getdi, kim bilirdi belə olacaq.

Övladlarım onu morqda görüb. Deyirlər, ana, elə yaraşıqlı idi. Uşaqlarım istəyir məni xaricə yanlarına aparsınlar, getmirəm, istəmirəm".



Axşam.az








İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ