Xalq artisti Brilliant Dadaşovanın oğlu Cahad sosial şəbəkədə ünvanına yazılan tənqidlərə cavab verib.
Lunar.az xəbər verir ki, Cahad yeni aldığı telefonunun görüntüsünü sosial şəbəkədə yayımlayıb. İzləyiciləri isə onun ünvanına tənqidlər yazaraq, varlı adlandırıblar.
Buna əsəbiləşən Cahad isə bunun üçün kreditə girdiyini gizlətməyib:
"Nə olub sizə? Yazırsız "Varlığa nə darlıq, fransız xalqı kef edir". Telefonu 18 aylıq kreditə götürmüşəm və ilk 33 faizi ödəmək üçün də bankdan borca pul almışam. Vəssalam, narahat olmayın, mənim pulumu sayanlar. Milyonçu deyiləm, gedin yatın".