Xalq artisti Brilliant Dadaşova 17 Noyabr Dirçəliş günü ilə bağlı paylaşım edib. Lunar.az xəbər verir ki, müğənni tələbə vaxtlarından dərsdən qaçıb mitinqlərə qatıldığını vurğulayıb:
"İnstitutdan bir başa mitinqə getmişdik - 17 Noyabr 1988-ci il. Topxana meşəsini heç vaxt görməmişdim - onun dağıdılmasına görə qəlbimdə bu qədər şiddət hardan idi onu da anlamırdım. İnstitutdan qovulmaqdan belə qorxmadan mitinqə qatılmaq, səsimizi ucaltmaq, etiraz etmək istəyim yəqin ki, özümüz də bilmədən Vətənə olan sevgidən irəli gəlirdi. Bu sevgi dünyaya göz açdığımız gün bizimlə birgə doğulur. Bu gün yenə şəhid verdik, başı bəlalı Vətənimiz, başın sağ olsun".