Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
"Narkotik şahzadəsi"nin əşyaları satışa çıxarılacaq - Fotolar

"Narkotik şahzadəsi"nin əşyaları satışa çıxarılacaq - Fotolar

2011-ci ildə 27 yaşında dünyasını dəyişən məşhur müğənni Emi Uaynhausun şəxsi əşyaları hərraca çıxarılacaq.

Axşam.az-ın xarici mediaya istinadən məlumatına görə, mərhum ifaçının bütün əşyaları - paltarları, ayaqqabıları, eynəkləri və əl yazıları Los-Ancelesdə pərəstişkarlarına satılmaq üçün noyabrın 6 və 7-də nümayiş etdiriləcək.


Həm hərrac evində, həm də onlayn olaraq keçiriləcək hərracdan 50 min dollara yaxın gəlir əldə ediləcəyi gözlənilir. Satışdan əldə olunan gəlir "Emi Uaynhaus" Fonduna bağışlanacaq.

Əşyalar arasında Eminin ölümündən bir ay öncə Belqradda verdiyi son konsertində geyindiyi paltarı da yer alır. Həmin konsertdə spirtli içki və narkotikin təsirində olan ifaçı çıxışını tamamlaya bilməyib və səhnədən endirilib.

Müğənninin məşhur ürək formalı eynəyi 2 min dollar arasında qiymətləndirilib. Onun 2007-ci ildə "Brit Awards" taxdığı "Moschino" ürək çantası da hərraca çıxarılacaq. Çantanın 20 min dollara satılacağı gözlənilir. Ümumilikdə sənətçinin geyimlərinin qiyməti 5-7 min dollar arasında olub.

Qeyd edək ki, dünyanın ən yaxşı qadın vokalçılarından biri hesab edilən Eminin 2006-cı ildə çıxan "Back to Black" albomu 5 Qremmi mükafatına layiq görülüb. Ona görə də "Ginnesin Rekordlar Kitabı"na 5 dəfə Qremmi mükafatı alan birinci britaniyalı kimi düşüb.

Qərb mətbuatının "narkotik şahzadəsi" adlandırdığı Emi Uaynhaus 2008-ci ildə xəstəxanaya düşüb və ona ciyər emfizeması diaqnozu qoyulub. 2011-ci ilin iyulun 23-də alkol zəhərlənməsindən ölüb.


Lunar.az






























İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ