"Uşaqlarımın məktəbi bağlandı, onların savadı necə olacaq?" - Sevda
Müğənni Sevda Sanəliyevanın övladı Elgünün təhsil aldığı 20 nömrəli məktəbdə dərslər dayandırılıb.
Lunar.az xəbər verir ki, sənətçi bu haqda sosial şəbəkədə paylaşım edib. O bildirib ki, övladının təhdilinə görə narahatdır:
"Məktəb 14 günlük karantinə bağlanıb. Yəni uşaqlarımın oxuduğu məktəb, digərlərini bilmirəm. Bu uşaqların savadı necə olacaq, bilmirəm".
Sevda Axşam.az-a açıqlamasında "Bir həftədir uşağı məktəbə aparmırdım, xəstə idi. Qızımın da, oğlumun da müəllimi yazdı ki, məktəb bağlanıb" sözlərini söyləyib.
Qeyd edək ki, BŞTİ-dən verilən məlumata görə, 20 nömrəli məktəb-liseyin 20 şagirdi və 15 müəlliminin COVİD-19 infeksiyasına yoluxması təsdiq olunub. Həmçinin COVİD-19 testi pozitiv çıxan şagirdlərlə digər şagirdlərin təmasda olması qeydə alınıb.
Bu səbəbdən Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında 20 nömrəli məktəb-liseydə əyani tədris prosesi 14 gün müddətinə distant təhsillə əvəz olunub.