Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu uzun müddət sonra övladları ilə görüşüb. Bu haqda musiqiçi Axşam.az-a açıqlamasında deyib. O bildirib ki, böyük qızı Nigar onunla görüşmək istəyib:
"Qızlarım razılaşdı, biz də görüşdük. Övladlarımdır, görüşməliydik. Hər zaman onların arxasındayam. Onlar mənim canlarımdır".
Qeyd edək ki, Hüseyn və İnci ötən il boşanıb. Hüseyn açıqlamalarında qızlarının onunla görüşmədiyini bildirmişdi.