Ötən gün türkiyəli müğənni Yıldız Tilbenin koronavirusa qarşı peyvənd olunması haqda xəbərlər yayılmışdı.
Axşam.az türk mediasına istinadən xəbər verir ki, pandemiya başlayandan vaksinin əleyhinə olduğunu qəti şəkildə bildirən sənətçi yayılan məlumatları yalanlayıb:
"Peyvənd vurdurmamışam və belə bir şey olmayacaq. Hamı özünə cavabdehdir. Kim nə istəyirsə etsin. Bu haqda danışmaqdan bezdim. Barəmdə yayılan xəbərlərdən çox sıxıldım.
Qeyd edək ki, müğənni bir neçə gün əvvəl etdiyi açıqlamada vaksinin koronovirusdan qorumadığını və bu səbəbdən peyvəndləmə prosesinə qoşulmağı mənasız hesab etdiyini bildirmişdi.