"Qızıl balığa bənzəyirəm, canımı da, malımı da yeyirlər"
"Məni ruhdan salmaq istəyənlər çoxdur. Qızıl balığa bənzəyirəm. Axın gəlir üstümə... Canımı da, malımı da yeyirlər, hələ üstəlik ruhdan da salmağa çalışıblar. Onlardan xilas oluram, özlərini də xilas edirəm".
Lunar.az axşam.az-a istinadən bildirir ki, bu sözləri Əməkdar artist Elza Seyidcahan "Salami şou"da deyib. Müğənni bildirib ki, ətrafında olan insanların əksəriyyəti onu ruhdan salmağa çalışır.
Seyidcahan barmağındakı diqqət çəkən üzükdən də söz açıb. O bildirib ki, üzüyü ad günündə ona kürəkəni hədiyyə edib:
"Kürəkənim bunu xüsusi düzəltdirib. Bahalıdır, qaşları da təmiz brilyantdır. Nəvəm Səmərruxun adından mənə bağışlayıblar. Bu üzükdən ancaq məndə var".
Elza yazdığı şeir kitabına görə ona çoxlu pul verdiklərini söyləyib:
"Pandemiyada bu kitab mənim əlimdən tutdu. Neçə insan mənə içində pul olan zərf göndərdi. Dost-tanış pul göndərir. Yeni mahnılarımı həmin pulların hesabına yazdım".