Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Sulu qar, qar yağacaq - Sabahın havası

Sulu qar, qar yağacaq - Sabahın havası

Martın 2-nə gözlənilən hava şəraiti açıqlanıb.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lunar.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturunun Bakıda və Abşeron yarımadasında gecə 3-5, gündüz 6-8 dərəcə isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 760 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək, nisbi rütubət 75-85 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında

Martın 02-də bəzi yerlərdə arabir yağış, dağlıq rayonlarda qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, gündüz qərb rayonlarından başlayaraq yağışın tədricən kəsiləcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 1-6, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 3-7 dərəcə isti olacağı gözlənilir.








İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ