Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
41 dərəcə isti - SABAHIN HAVASI

41 dərəcə isti - SABAHIN HAVASI

Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən Lunar.az-a verilən məlumata görə, avqustun 24-də Bakıda və Abşeron yarımadasında hava şəraiti yağmursuz olacaq. Şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu Abşeronda gecə 22-25° isti, gündüz 32-37° isti, Bakıda gecə 23-25° isti, gündüz 35-37° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 45-55 % olacaq.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 25-26°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 26-27°,Türkan, Hövsan, Sahil, Şıxda 27-28° isti təşkil edəcək.

Azərbaycanın rayonlarında sabah hava şəraiti yağmursuz olacaq. Gecə və səhər bəzi yerlərdə duman. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 20-25°, gündüz 36-41° isti, dağlarda gecə 14-19°, gündüz 25-30° isti olacağı gözlənilir.








İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ