Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Hava XƏBƏRDARLIĞI: Ayın sonuna kimi...

Hava XƏBƏRDARLIĞI: Ayın sonuna kimi...

Hava XƏBƏRDARLIĞI: Ayın sonuna kimi...



Sabah Bakıda və Abşeron yarımadasında gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən lunar.az-e verilən məlumata görə, sabah havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Lakin səhər və axşam bəzi yerlərdə çiskinli yağış yağacağı, duman olacağı ehtimalı var.
Arabir güclənən cənub-qərb küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturunun Abşeron yarımadasında gecə 8-10° isti, gündüz 11-16° isti, Bakıda gecə 8-10° isti, gündüz 14-16° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 766 mm civə sütunundan 755 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 75-85%, gündüz 60-65% təşkil edəcək.
Rayonlarda əsasən yağmursuz keçəcək, səhər duman olacaq. Lakin gecə və axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Dağlıq rayonlarda sulu qara, qara keçəcəyi ehtimalı var.
Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 6-10° isti, gündüz 13-18° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 10-15° isti olacağı gözlənilir.
Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti oktyabr ayının sonunadək davam edəcəyi gözlənilir.








Jessica от 29 oktyabr 2016 13:16
Bele getse donub oleceyik :wacko_mini2:
İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ