Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Sabah Bakıda hava küləkli olacaq, bəzi bölgələrdə şimşək çaxacaq, dolu düşəcək

Sabah Bakıda hava küləkli olacaq, bəzi bölgələrdə şimşək çaxacaq, dolu düşəcək

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən BiG.AZ-a verilən məlumata görə, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 23-26° isti, gündüz 33-37° isti olacaq.

Bakıda gecə 24-26° isti, gündüz 35-37° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək.

Nisbi rütubət gecə 60-70 %, gündüz 40-45 % olacaq.

Abşeron çimərliklərində gözlənilən hava şəraiti: Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 25-26° isti, Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 26-27° isti olacaq.

Tibbi-meteoroloji proqnoz:

Avqustun 30-da Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Azərbaycanın rayonlarında: Əksər rayonlarda əsasən yağmursuz olacaq. Lakin gündüz saatlarında bəzi dağlıq rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25° isti, gündüz 35-39° isti, dağlarda gecə 13-18° isti, gündüz 25-30° isti olacaq.


Lunar.az








İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ