Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Aygün İlhamənin ölümündən yazdı - “Son yaşananlar kaş olmazdı...”

Aygün İlhamənin ölümündən yazdı - “Son yaşananlar kaş olmazdı...”

Aygün İlhamənin ölümündən yazdı - “Son yaşananlar kaş olmazdı...”


Xalq artisti Aygün Kazımova son zamanlar aralarında gərginlik yaşanan həmkarı İlhamə Quliyevanın ölüm xəbərinə münasibət bildirib.

Kazımova instagram hesabında həmkarının ölümünün ona çox pis təsir etdiyini yazıb:

“İlhamə Quliyevanı həmişəlik itirdik. O, bu gün torpağa tapşırılır və haqqın dərgahına qovuşur. Bütün yaşananlara baxmayaraq, onun ölüm xəbəri mənə çox pis təsir etdi. Vaxt var idi bir-birimizi çox istəyirdik, hörmət edirdik, sevgi ilə yanaşırdıq. Son yaşananlar kaş ki, olmayaydı. Haqsızlığa dözümüm yoxdur. Şəhid bacısının fəryadına dözə bilmədim. İlhamə Quliyeva bu gün torpağa tapşırılmadan öncə ona halallıq verirəm və inanıram ki, onun eks köməkçisi Mehriban Hüseynova da onu bağışlayar, halallığını verər, haqq-ədalət bərpa olar, Mehriban da azadlığa çıxar. Allah rəhmət etsin, bütün günahlarını bağışlasın”.








Esgeroov
Esgeroov от 26 февраля 2016 15:22
ALLAH Rehmet elesin Pirmadonamiz Getdi :(
Prinsesa от 26 февраля 2016 15:44
Primadonna die die getdin ay Ilhamee :)
Информация
Посетители, находящиеся в группе Qonağ, не могут оставлять комментарии к данной публикации.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ