Onceden butun lunar.az istifadecilerin Salamlayiram.
Bu xəbəri bir vaxtlar baska sosial şəbəkədə hazirlamışdım və burda da hazırlamağı ozümə bor bildim.Çox danisib sizi yormaq
istemirem sizlerden xaisim var yeqin ki hami ANA sozunun muqqedes olduqunu bilir
Anani hecne evez ede bilmez sizler ANA-lariniza demek istediyinizi deye
bilmediklerinizi bura serh vasitesi ile yaza bilersiz
Bir qizin Ana-ya yazdiqi sozleri sizlere gorsedecem
Ana mən səni həyatımda hər şeydən çox sevirəm.Sən məni dünyaya gətirən varlıqsanki gündən çox əzab-əziyyətlərlə qatlaşmalı olmusan.Hər bir çətinliklə qarşılaşmısan amma yenədə mənim gələcəyim üçün çox çalışmadan mənim qayğılarrımı çox çəkmisən.Məni bağışlamağın üçün hər şeydən keçərəm.Sən mənim həyatımda elə bir varlıqsan ki,heçnə ilə əvəz olunmazsan.Sənəürəyimdə deyiləcək çox sözlərim var,amma deyə bilmirəm.Sənə olan sevgimin qəlbimdən çıxarıb danışa bilmirəm.Sənin mənə görə çəkdiyin ezabları yazmaq ilə bitməz.Sənin məni hələ dünyaya gəlməmiş 9 ay bətnində saxladığının əziyyətini heçnə ilə qaytara bilmərəm. Çünki,sənin mənə çəkdiyin əzab-əziyyətlərini sənə nə qədər çalışsamda qaytaramağa gücüm çatmaz.Amma onu bilki mən səni çox sevirəm,və səndən məni bağışlamağını şox xahiş edirəm
Anasin itirenler ucun
Bağışla can ana.....
Yuxuma girirsən görünüm gəlim
Hardasan can ana sürünüm gəlim?!
Hay ver kəfənimə bürünüm gəlim,
Bağışla can ana,bağışla məni.
Gəlib o yerləri gəzirəm sənsiz,
Boğur qəhər məni,dözürəm sənsiz,
O ata yurdundan bezirəm sənsiz,
Bağışla can ana,bağışla məni.
Ruhunmu bağlayan məni o kəndə?
Xəyalən bu yolu gedirəm gündə.
Bir ana sevgisi uyuyur məndə,
Bağışla can ana,bağışla məni.
Hərdən elə bil ki lap yanımdasan,
Burda,yaşadığım ünvanımdasan.
Sənin yoxluğunla barışmaq asan?
Bağışla can ana,bağışla məni.
Bu qədər yaxınmış ölüm,bilmədim,
Sonam anlamadım,gülüm bilmədim,
Ayağın altında ölüm,bilmədim,
Bağışla can ana,bağışla məni.
Görüb ətrafında yurddaşlarını,
Gözün gəzib məni,qardaşlarımı,
Saxlaya bilmirəm göz yaşlarımı,
Bağışla can ana,bağışla məni.
Daşlaşmış şəklinin soyuq baxışı,
Axıdır gözümdə bir yaz yağışı.
Sən ey geri dönməz səadət quşum,
Bağışla can ana,bağışla məni.
İndi məzarındır müqəddəs yerim,
O soyuq daşları qucar əllərim.
Allahmı kərimdir,ya sənmi kərim?!
Bağışla can ana,bağışla məni.
Doğulub dünyaya gəldim elə ki, Çıxdı rahatlığın əlindən ana. Gecələr yatmayıb laylamı dedin, Of sözü duymadım dilindən ana. * * * Doqquz ay bətnində bəslədin məni, Mən sənə nə etdim bilmirəm ana. İndi göz yaşlarım süzür yanağa, Yanaqda quruyur silmirəm ana. * * * Uşaqkən qədrini bilmirdim sənin, Öpməzdim ağarmış telindən ana. İndi can üstəsən nə mənası var, Yüz kərə öpsəm də əlindən ana. * * * Qəlbinə toxundum yenə can dedin, Bir ömür xətrimə dəymədin ana. Halal zəhmətinlə böyütdün məni, Heç kimə sən boyun əymədin ana. * * * Yaxşı əməlinlə abidə qurdun, Hər kəsin qəlbində ucaldın ana. O qədər dərdimi, cəfamı çəkdin, Gözümün önündə qocaldın ana. * * * Ömrünü caladın mənim ömrümə, Özünü mən qədər sevmədin ana. Özün öz canından pay verdin mənə, Ruhumda sən varsan ölmədin ana. * * * Adın müqəddəsdir adına qurban Bəzəmək nə lazım naxışla ana. Əvəzin yox imiş gec anlamışam, Haqqını halal et bağışla ana.
Belelikle eziz iistifadeciler bu xeberim sade ve kicik olsada meqsedim odur ki Analarimizi her zaman xatirlayaq Allah Analarimizi basmizin ustunden eksik etmesin (Amin)