Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Məşhur aktrisa GÖZƏLLİK SİRRİni açıqladı

Məşhur aktrisa GÖZƏLLİK SİRRİni açıqladı

Məşhur aktrisa GÖZƏLLİK SİRRİni açıqladı


Yəqin ki, çoxunuz məşhur və gözəl hind aktrisası Priyanka Çopranın adını eşitmisiniz. Bu qadın sadəcə Bollivud üçün deyil, bütün dünya üçün gözəllik nümunəsi sayılır. 2000-ci ildə isə “Miss dünya” gözəllik yarışmasının qalibi olub. Bəs məşhur aktrisa gözəlliyini necə qoruyub saxlayır?


lunar.az gözəlliyi qorumaq üçün həmişə təbii vasitələrdən yararlanan aktrisanın saç və dəri qulluğu maskalarını təqdim edir.

Priyanka Çopra dərisinin nəmləndirilməsi üçün qatıq və limon suyundan istifadə edir.

Üz üçün maska

1 yemək qaşığı təbii qatıq, 1 yemək qaşığı limon suyunu qarışdırın. Üzünüzə çəkin. Göz ətrafına çəkməyin. 15-20 dəqiqə qaldıqdan sonra yuyun. Daha sonra çobanyastığı dəmləməsi ilə üzünüzü yuyun. Maskanı gecə yatarkən edin.

Gözəl aktrisa saçlarına aşağıdakı maska ilə qulluq edir.

250 ml su
1 xörək qaşığı zeytun yağı
1 xörək qaşığı jojoba yağı

Əvvəlcə saçlarınızı yaxşı yuyun. 250 ml suyu isidin, balaca bir qabda zeytun yağı və jojoba yağını qarışdırın. Qaynayan suya əlavə edin. Ancaq yağı çox qaynarlaşmağa qoymayın. Saçlarınızı qurulayıb bir az nəm saxlayın, sonra bütün saçlara bu qarışımdan yaxın. 20 dəqiqə saxladıqdan sonra saçlarınızı yuyun.

Həftədə bir dəfə edin.








Delibal от 14 aprel 2016 17:43
nə gözəllik sirriye hereside özderinnen bir şey cixarir gözelliyi vern Allahdır . Allah gözəllik vermədikdən sonra ne maska minn dene maska ele xeyri yoxdu
İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ