Mərhum xalq artisti İlhamə Quliyevanın mirası ətrafında söz-söhbətlər səngimək bilmir. İş o həddə çatıb ki, sənətkarın uzaq qohumları belə, miras iddiasına düşüblər.
lunar.az İ.Quliyevanın ölümündən bir müddət öncə ATV kanalına verdiyi bir müsahibəni təqdim edir. Müsahibədən də açıq-aydın görünür ki, o, zinət əşyalarının bir qismini nəvəsinə bağışlayacağını söyləyir:
"Bütün zinət əşyalarım doğum günlərində, bayram günlərində, məclislərimdə, şənlikərdə hədiyyə olunub. Bir zərgərlik butiki açmaq istəyirəm. Hara gedirəmsə, zinət əşyası bağışlayıram. Çoxdur da, mənə bağışlayıblar. Saxlamışam, nəvəm böyüyəcək. Evlənəndə onun xanımına çoxlu şeylər saxlamışam. Mən gözəlliyi çox sevirəm".
Xatırladaq ki, sənətkarın oğlu Orxan Nadirovun Ruslan adlı üç yaşlı oğlu var.
Qeyd edək ki, İlhamə Quliyeva fevralın 25-də dünyasını dəyişib.