Murat Boz klip çəkdiyi "Janti" mahnısının montajı üçün Nişantaşıda olub. Bir neçə saat sonra oraya onun sevgilisi Aslı Enver gəlib. Aslı klipin yaxşı olduğunu təsdiqlədikdən sonra müğənni montaj işlərini yekunlaşdırıb. Onların çıxışda məkanı əl-ələ tərk etməsi diqqət çəkib. Murat açıqlamasında: "Aslını ömür boyu gözləyərəm", - deyərək sözünün üstündə durub.
Qeyd edək ki, ikili "Kardeşim benim" filmində tanış olaraq sevgili olublar.