Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Qəhrəmanlarımızla vida mərasimi keçirildi -  FOTOLAR

Qəhrəmanlarımızla vida mərasimi keçirildi - FOTOLAR

Qəhrəmanlarımızla vida mərasimi keçirildi -  FOTOLAR




Bu gün Müdafiə Nazirliyinin Təlim Tədris Mərkəzində Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində baş vermiş son hərbi əməliyyatlarda şəhid olan hərbi pilotlar və Xüsusi Təyinatlı Qüvvələrinin polkovnik-leytenantı Murad Mirzəyevlə vida mərasimi keçirilib.


Şəhid pilotlar - mayor Təbriz Musazadə, mayor Urfan Vəlizadə, baş leytenant Bəkir İsmayılov və Xüsusi Təyinatlı Qüvvələrinin polkovnik-leytenantı Murad Mirzəyevlə dəfn mərasimində şəhidlərin ailələri, yaxınları, dövlət və hökumət rəsmiləri, müdafiə naziri Zakir Həsənov, Baş Qərargah rəisi Nəcməddin Sadıkov, Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev, respublikanın hərbi prokuroru Xanlar Vəliyev, millət vəkillər, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak edib.
Müdafiə naziri Zakir Həsənov şəhidlərin ailə üzvləri ilə görüşüb, onlara başsağlığı verib. İlk olaraq Müdafiə Nazirliyinin rəsmisi, polkovnik Abdulla Qurbani çıxış edərək bildirib ki, Azərbaycan əsgəri öz sayıqlığı ilə düşmən təxribatının qarşısını alıb, düşmənə xeyli itki verib. Polkovnik çıxışında qeyd edib ki, qələbə qurbansız olmaz, biz bu yolda şəhidlər də verdik: “Neçə ildir düşmən tapdağında olan ərazilərimizin bir hissəsi azad edilib və orada indi Azərbaycan bayrağı dalğalanır. Azərbaycan əsgəri öz qəhrəmanlığını bir daha sübut etdi. Şəhidlərimizin valideynləri də "Vətən sağ olsun!" deyirlər"”. Daha sonra Abdulla Qurbani şəhidlərin həyatı və xidmətləri haqqında məlumat verib. Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra çıxış edən müdafiə naziri Zakir Həsənov deyib ki, şəhidlərin qisası birə yüz alınacaq: “Bizim millətə qarşı erməni faşistlər cinayət, soyqırım törədiblər. Və əgər biz bunun qarşısını almasaq, onda onlar davam edəcəklər. Xüsusi qeyd etmək istəyirəm ki, bizim şəhidlər bütün dünyaya sübut elədi ki, Azərbaycan xalqı qəhrəman xalqdır. Ümumilli lider Heydər Əliyevin sözlərini bir daha təkrar etmək istəyirəm: “Azərbaycan ordusunun hər bir əsgəri, hər bir zabiti bilməlidir ki, Azərbaycanın ərazi bütovlüyünü nəyin bahasına olursa-olsun bərpa olunmalıdır”. Bu gün Ali Baş Komandanın rəhbərliyi ilə silahlı qüvvələrdə yüksək ruh, döyüş hazırlığı var. Silahlı Qüvvələr Azərbaycan xalqının etibarını doğrultdu. Şəhidlərin qisası birə yüz alınacaq. Buna heç kəsin şübhəsi olmasın. Və bütün torpaqlar işğaldan azad olunacaq”.

Şəhid pilot Təbriz Musazadənin oğlu Onurun dediklərindən isə qürur duymamaq mümkün deyil: “Mən atamla fəxr edirəm, ona layiqli övlad olacam. O, mənim qəhrəmanımdır”. Əbubəkr İsmayılovun atası Vüqar ismayılov deyib ki, mən qürür duyuram, o, öz torpağı uğrunda vuruşub və şəhid olub: “Heç də heyfslənmirəm, torpağın övladıdı, onun uğrunda da şəhid olub”. Ürfan Vəlizadənin qohumu Zərifə Kərimova bildirib ki, Ürfan söz vermişdi ki, həmin günü bacımın ad günü idi, ad günə axşama tort gətirəsi idi, amma şəhidlik adı gəldi. Təbriz Musazadənin həyat yoldaşı isə deyib ki, tək Təbrizlə yox, hamısı ilə qürur duyuram: “Hamısı ər oğullar idi, vətən uğrunda da getdi. İki uşaq atasıdır, biri II, biri IV sinifdə oxuyur. Onlar da ataları ilə qürur duyur”.















İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ