Roza dincəlməyi düşünmür - Bu yayı qrafiki çox ağırdır
Müğənni Roza Zərgərli yay mövsümündə dincəlməyi düşünmür.
Lunar.az axşam.az-a istinadən xəbər verir ki, sənətçi yeni klip üçün hazırlıqlara başlayıb. O, bu dəfə "Mən xoşbəxtəm" adlı mahnısını ekranlaşdıracaq. Bəstənin musiqisi Ruslan Səfəroğluna məxsusdur.
R.Zərgərli mahnının ekran həllini rejissor Nail Naiboğluna həvalə edib.
"Pandemiyada yetəri qədər dincəldik. İndi işləmək zamanıdır. Çox layihələrim var. Bir-bir təqdim edəcəm. Mahnı kliplə birlikdə təqdim ediləcək. Maraqlı bir ssenari hazırlamışıq. Əminəm ki, tamaşaçıları təəccübləndirməyi bacaracam" deyə, ifaçı yeni işi haqda açıqlamasında deyib.