Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Özcan özündən 23 yaş kiçik modelyerlə sevgilidir

Özcan özündən 23 yaş kiçik modelyerlə sevgilidir

Keçmiş xanımı Feyza Aktanla məhkəmə prosesi davam edən müğənni-aktyor Özcan Deniz iranlı modelyer Samar Dadqarla sevgilidir.

Lunar.az qafqazinfo-ya istinadən xəbər verir ki, 49 yaşlı sənətçi bu barədə instaqram platformasında məlumat verib.

O, "Tamamilə "itirdim" dediyim anda tapıldın",- şərhini yazıb. Qarşı tərəfin isə cavabı gecikməyib, 26 yaşlı moda dizayneri "gülüşünə dünyaları verməyə hazıram",- deyə qeyd edib.

Xatırladaq ki, Özcanın eks-xanımı Feyza bir neçə ay əvvəl müğənnidən şikayətçi olmuş, onu qəsdən yaralama, azadlıqdan məhrum etmə, təhqir, təhdid və ev toxunulmazlığını pozmaqda ittiham etmişdi.









Информация
Посетители, находящиеся в группе Qonağ, не могут оставлять комментарии к данной публикации.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ