Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Elza Seyidcahandan yeni şeir: Kim öpüşdürə bilər?

Elza Seyidcahandan yeni şeir: Kim öpüşdürə bilər?

Əməkdar artist, bəstəkar Elza Seyidcahan növbəti yeni şeir ilə gündəmə gəlib. “Lunar.az” xəbər müğənninin Bizim.Media-ya ünvanladığı “Ay can” şeirini təqdim edir:

Kim sənə mənim kimi "Can sənə"
Sənin kimi mənə "Ay can" deyə bilər?
Kim sənin mənim kimi "həsrətini,"
Sənin kimi mənim "nazımı" çəkə bilər?
Kim sənə mənim kimi "nəfəsim",
Sənin kimi mənə "dünyam" deyə bilər?
Kim səndə olan qayğılığın
Məndə olan bağlılığın dəyərini verə bilər?
Kim məndə olan xoşbəxtliyə
Səndə olan şəfqət və mərhəmətə çata bilər?
Kim bizim kimi sevginin yolunu
Gözləyə-gözləyə cəhənnəm əzabı yaşaya bilər?
Sevgisini,
Dilsiz, ağızsız, qulağsız başa düşə bilər?
Kim səni mənim kimi böyük işlərə ruhlandırar?
Sənin kimi məni, işlərimi görməyə mane olar?
Kim sənin kimi utancağlığa qalib gəlib,
Həqiqət yolunu işıqlandırar?
Sınanmış eşq sevgisinin
Zövqünü alar?

Kim bizim kimi biri-birinə
Sədaqət baxışları andı icər?
Mənim kimi sənin qəzəbini
Məhəbbət ilə yatırda bilər?
Kim sənin kimi qışqıran qürurlunu
Mənim kimi saflığı ilə susdura bilər?
Kim sənin kimi, sevməyin olduğunu bilməyən,
Əbədi eşq möcüzəsini daşıya bilər?
Kim sənin kimi eşqə ürəyini acar,
Mənim kimi eşq çadırından qaçar?
Kim bizim kimi ruh aşiqlərini dodaqlarında
Görüşdürüb öpüşdürə bilər?
Kim sənə mənim kimi "Can sənə"
Sənin kimi mənə "Ay can" deyə bilər?
Kim?
Axı kim???








İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ