35 yaşlı məşhur model İrina Şeyk podiumdakı görkəmini gündəlik həyatında da gözardı etmir. Tez-tez qızını məktəbə apararkən və ya məktəbdən gətirərkən görüntülənən modelin hər dəfə əla görünüşdə və fərqli bir geyimdə olması gözdən yayınmır. Eyni zamanda Şeykin kiçik qızı da şıq geyimləriylə diqqət çəkir.
Lunar.az sherq.az-a istinadən xəbər verir ki, qızla anası sanki geyim yarışına çıxırlar. Bu da sosial mediada çox müzakirə edilir. Bəziləri hesab edir ki, İrina Şeykə bu geyimlər məşhur moda evləri tərəfindən reklam xarakterli və ödənişsiz olaraq hədiyyə edilir. Əks təqdirdə bu qədər libasa pul çatdırmaq mümkün olmaz. Hətta yüksək qazanc əldə edən bir model üçün də gün ərzində tez-tez qiyafət dəyişmək çox yüksək məbləğdə pul itkisi deməkdir.
İ.Şeykin sosial mediadakı bəzi təqibçiləri isə "Sadəcə üzərinə geyindiyi manto və montları asmaq üçün ayrı bir evə ehtiyac var. Yəqin onun nəhəng bir evi və bu evdə nəhəng geyim dolabı var ki, bu qədər libası ora sığışdıra bilir" yazır.