"Kaş ev xanımı olardım, kartof da əkərdim, heyvana da baxardım"
"Mahnı ifa edib paylaşmışam. Orada fortepianoda sadəcə akordlardan istifadə edirəm. Bir xanım yazıb ki, "vay, vay biabrçılıq". Soruşdum ki, xanım, nə işlə məşğulsunuz ki, musiqi haqda fikir bildirirsiniz? Dedi, Tovuzda kartof əkirəm. Bir az yazışdıq, sonra qayıtdı ki, əslində pis oluram, baxıram bahalı maşınlarınız, evləriniz var, mən isə burada əziyyət çəkirəm. Qərar verdim ki, artıq iradlara fikir bildirməyəcəm. Bəziləri başqalarının yaxşı gününü özlərinə bədbəxtlik kimi qəbul edirlər".
Lunar.az sherg.az-a istinadən xəbər verir ki, bu sözləri İnstaqramda paylaşdığı videoda müğənni Afət Fərmanqızı deyib. O paylaşıma bu sözləri də əlavə edib:
"Dəhşətdir. Axırımız hara gedir? Allahın yazdığı qismətdir. Mən günahkar deyiləm. Kartof əkmək, öz zəhməti ilə əziyyət çəkib halal pul qazanmaq ən gözəl bəxtdir. Bizim isə gecəmiz-gündüzümüz yoxdur.
Yollarda, qəzalardayıq. Adımıza da yüz cür söz qoşurlar. Nə uşağımız üzümüzü görə bilir, nə də qohum-əqrəba. Kaş mən də sadə ev xanımı olardım, kartof da əkərdim, heyvana da baxardım".