Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Hadisədən Ebruya cavab: “Heç kim namusumu ləkələyə bilməz!”

Hadisədən Ebruya cavab: “Heç kim namusumu ləkələyə bilməz!”

Xəbər verdiyimiz kimi, müğənni Ebru Gündəş 11 illik əri, iş adamı Reza Zərrabdan ona xəyanət etdiyi üçün boşanmaq istədiyini bildirib.



Lunar.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Rezanın həyat yoldaşına xəyanət etdiyi qadınlar arasında müğənni Hadisə də var.

Buna görə də ifaçı haqqında irəli sürülən iddialara səssiz qalmayıb. O, sosial media hesabında paylaşım edərək, əsassız və yalan fikirlər səsləndirənlərin hüquq müstəvisi çərçivəsində cəzalandırılacağını bildirib:

“Haqqımda bu əsassız iddiaları səsləndirənlər mənə açıqlama verməli olacaqlar. Heç kim namusumu və şərəfimi ləkələyə bilməz!”



Xatırladaq ki, Gündəşdə, Rezanın ona Hadisəylə xəyanət etməsini sübut edən dəlillər var. Ebrunun iddialarına əsasən, Hadisə ilə Zərrab Amerikada bir neçə dəfə gizli görüşüblər. Sonuncu dəfə isə onlar 2019-cu ildə bir araya gəliblər. Hətta Hadisənin “Küçük bir yol” adlı mahnısının klipi zamanı geyindiyi 146 min lirə (30 min 908 manat) dəyərindəki qara libasını Reza hədiyyə etdiyi bildirilib.

Axşam.az








İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ