"Nə bilim ki, görüşdüyüm kişi məni telefona çəkməyəcək?" - Röya Ayxan
"İndi həyatımda oğlum var. İnsanlar başa düşmürlər ki, hər adamla oturub-durmaq çox çətindir. Mənim kimi adamla lap çətindir. Mən nə bilim, sabah haqqımda nə danışacaq, telefona çəkməyəcək? Populyar olduqca tənhalaşdıq".
Lunar.az musavat.com-a istinadla xəbər verir ki, bu sözləri "ATV maqazin onlarla" verilişində qonaq olan Xalq artisti Röya Ayxan deyib. O, keçmiş həyat yoldaşından ayrılan zaman maddi problem yaşadığını bildirib:
"Həyat yoldaşımdan ayrılanda iki-üç il böyük problem yaşadıq. Hazırda o məsələyə qayıtmaq istəmirəm. Çox şükür, indi hər şey yaxşıdır. Bəzi sıxıntılardan qurtarmaq üçün bir çox şeyləri satdım. İşləyib, onu yerinə qoymalı idim".
Röya Ayxan qalmaqal yaşadığı həmkarı Nigar Camal ilə münasibətindən də danışıb: "O, dəli qızdır. Xarakterini tanıdığıma görə küsə də bilmirəm. Düşünürəm ki, bəzi səbəblər olub, mənə deyə bilməyib. Sonra konsertlərin birində dedik-güldük. Mən gözəl küslülüyü xoşlayıram. Arxasınca iş çevirməyəcəksən".