Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Hülya Avşardan qəribə açıqlama: “Sapioseksualam”

Hülya Avşardan qəribə açıqlama: “Sapioseksualam”


Uzun sürən aradan sonra “Masumiyet” serialı ilə ekranlara qayıdan türkiyəli aktrisa Hülya Avşar eşq həyatı ilə bağlı fikirlərini paylaşıb.

TV100 məlumat verir ki, ulduz aktrisa uzun zamandır sevgilisinin olmamasının səbəbinə aydınlıq gətirib:

“Ya ehtiyac hiss edirsən deyə necə gəldi yaşamalısan, ya da qarşına normal biri çıxana qədər gözləməlisən. Həm də ki, mən çox öyrəşmişəm, sərbəstlik çox gözəl bir şeydir. Azadlıq dünyanın ən böyük xoşbəxtliyidir”.

Avşar qeyd edib ki, özünə uyğun biri çıxsa flört edə, həyatı yaşaya bilər:

“Qızımı böyütmüşəm. Hamının özünə görə bir həyatı var.

Qadının güclü olması gözəldir, amma kişi də güclü olmalıdır. Mən onsuz da sapioseksualam (xarici görünüşdən çox intellektual səviyyəyə heyranlıq). Qətiyyətlə ağıl tərəfdarıyam. Zəka mənim üçün böyük gücdür. Bunların hamısına sahib insan olarsa, mənə xəbər verin”.








İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ