"Mənim adımdan 1000 manat alıb, mənə 100 manat veriblər"
"Mənim adımdan ev sahibindən min manat alıb, mənə yüz manat veriblər". Lunar.az xəbər verir ki, bu sözləri Əməkdar artist Tunzalə Əliyeva "Tünzalənin Əli ilə" proqramında deyib. O bildirib ki, ən ucuz qonorar qarşılığında belə məclis aparıb:
"Gündə 100 manata da məclis apararam. Az pul deyil. Dəfələrlə olub ki, min manat alıblar mənə az veriblər. Hətta bir dəfə varlı bir şəxsin xınasını idarə edirdim. Beh kimi 500 manat almışdım. Məclisdə isə gördüm ki, məclisi danışan şəxs 4500 manat aldı, mənə 500 verdi. Deməli, gedib 5 minə danışıb, mənə min verib, 4 mini cibinə qoyub"./Axşam.az