“ARB” telekanalında yayımlanan “Həmin Zaur” verilişində aparıcı Zaur Kamal ilə klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu arasında mübahisə yaşanıb.
Lunar.az xəbər verir ki, Z.Kamal verilişdə qonaq olan Əməkdar artist Könül Kərimova ilə söhbəti zamanı Hüseynin səsini eşidib və “Qardaş səsin gəlir, qulağım batır. O nə idi girişdə də “Bəbəyim” sonra yenə “Bəbəyim” mahnısını sintez elədin” deyib. Klarnet ifaçısı isə aparıcının sözlərinə qəzəblənib və bunları söyləyib:
“O mənim öz sintezimdir, xoşuna gəlmədi? Uşaqlara mahnını deyirəm, başqa söz danışmıram. Növbəti qonaq gələndə, bilək nə ifa ediləcək. Artıq ikinci dəfədir ki, bu hal təkrarlanır. Allah razı olsun. Yekə oğlansan camaat baxır, verilişdi, evdə deyilik. Onu niyə belə elədin, bunu niyə belə elədin?... Məndən yaxşı biləcəksən?”.
O, daha sonra klarnetini də götürərək efiri tərk edib.//
Axşam.az