Polis Mətanət İsgəndərlinin oğlu ilə bağlı araşdırmaya başladı
Polis müğənni Mətanət İsgəndərlinin oğlu Kərimin öz övladını döyməsi ilə bağlı araşdırmaya başlayıb.
Lunar.az Unikal.org-a istinadən xəbər verir ki, bu haqda Daxili İşlər Nazirliyinin (DİN) Kütləvi İnformasiya Vasitələri ilə iş və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev bildirib . O qeyd edib ki, yayılan iddiaların təfərrüatları Bakı şəhər Baş Polis İdarəsində araşdırılır:
"Vətəndaş Aynur Həmidova polisə dəvət olunaraq izahatı alınıb. Hazırda təhqiqat araşdırmaları davam etdirilir. Araşdırmanın nəticəsindən asılı olaraq, əmələ hüquqi qiymət veriləcək”.
Qeyd edək ki, əməkdar artist Mətanət İsgəndərlinin gəlini Aynur Həmidova (Canana) övladının atası tərəfindən işgəncələrə məruz qaldığı ilə bağlı fotolar yayıb. O, həmçinin işgəncələri əks etdirən fotoları da sosial şəbəkələrdə paylaşıb.