Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Natavanla Röya arasındakı qalmaqalın səbəbini açıqladı

Natavanla Röya arasındakı qalmaqalın səbəbini açıqladı

"Mehriban olsalar, daha yaxşıdır. Onlar fərqli janrlarda oxuyurlar. Natavanı tanıyıram, Röya ilə də münasibətimiz yaxşı olub. Qrupa gələndə danışırdıq, bizi evinə də qonaq çağırırdı".

Axşam.az xəbər verir ki, bu sözləri müğənni Xuraman Şuşalı "ATV maqazin onlarla" proqramında deyib. Sənətçi Xalq artisti Röya Ayxanla müğənni Natavan Həbibinin küsməsinin əsl səbəbini açıqlayıb:

"Hər ikisi nömrə bir olmaq istəyir. Qalmaqal da bundan irəli gəlir. Öndə qalmaqdan ötrü müğənnilər əziyyət çəkirlər. Nömrə birliyi əldə saxlamaq üçün çoxlu pulun olmalıdır: hamını susdurasan, haqqında yazdırasan. İndi sərmayanı kim buraxırsa, bahalı mahnılar alıb, fotosessiyalar etdirirsə, gündəmdə də o olur.



İndi izləyirəm ki, hansısa müğənni qabağa gedirsə, digəri pulla onun komandasını çəkir yanına. Yeyib-içməklər, hədiyyələr verir, işləyən qüvvəni edir öz qulu. İmkan vermir ki, filankəs də qabağa gedib, nömrə bir olsun.

İndi bir nömrə Aygün Kazımova və Röya Ayxandır. Röya əslində geriləmişdi, baş verən hadisələr onu yenidən gündəmə gətirdi".








İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ