"İndiki cavanlar arasında istedadlıları var. Amma onlar musiqidən çox başqa məqsədlə bu sənəti seçirlər. Bəlkə insanlar çox kasıbçılıq çəkdi. Ona görə belə edirlər".
Open.az xəbər verir ki, bu sözləri Əməkdar artist Aygün Bəylər "Günün sədası" proqramında deyib. Müğənni gənc ifaçıları tənqid edib: "Mən də kasıbçılıqla kənddə böyümüşəm. Amma gedib qonşuda pianoda musiqi ifa edirdim. Övladım isə musiqi məktəbinə getdi.
Çox gözəl oxuyur. Ancaq dedi ki, ana, bu istedad ailədə bir nəfərdə olar, o da səndədir. Musiqiyə çörək kimi baxmadı. Baxmaq olar, buna sözüm yoxdur. O halda ki, onu kiməsə öyrədirsən. Onun duası olmalıdır.
Pul deyən kimi, musiqi haşiyəsindən kənara çıxırlar. Özlərini cəmiyyət içində apara bilmirlər. Bəlkə yaşa dolduqca düzələcəklər". axşam.az