"Əvvəldən millətə deməliydilər ki, karantin bu qədər uzanacaq"
"Bilsəydim ki, karantin uzun çəkəcək, bir dəqiqə şəhərdə oturmazdım. Deyərdilər ki, kim hara gedəcəksə getsin. Gedərdim kəndə, toyuq-cücə alardım, qaz, ördək saxlayardım. Bekarçılıqdansa, nəsə işlə məşğul olardım". Lunar.az xəbər verir ki, bu sözləri Əməkdar artist Elnarə Abdullayeva "Xəbər-ətər" proqramında deyib. Muğam ifaçısı karantinin uzanmasından danışıb:
"İndi kənddə toyuq saxlayıb, yumurta yığırdım. Hər zaman deyirəm ki, kənd adamıyam. Musiqi olmasa, acından ölən deyiləm. Əgər mən göyərti becərib, üstünə yumurta vurub yeyə bilməyəcəmsə, başımı qoyub ölüm. Oturub gözləyirik, bu gün açacaqlar, sabah icazə verəcəklər. Bunu əvvəldən deməliydilər millətə. Biz də işimizi düzüb-qoşardıq".