Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Evləndilər - "Heç kimin ailəsini dağıtmamışam"

Evləndilər - "Heç kimin ailəsini dağıtmamışam"


Xəbər verdiyimiz kimi, klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu aktrisa Aysel İbrahimova uzun müddətdir birlikdədir.
Lunar.az xəbər verir ki, cütlük artıq evlənib. Bu haqda aktrisa məlumat verib. O, sosial şəbəkədə ünvanına yazılan "Ailə dağıdıb" tənqidlərinə də cavab verib:

"Biz artıq evliyik. 2021-ci ildə evləndik. Heç kimin xoşbəxt ailəsini dağıtmamışam. Dağılmış ailəni necə dağıda bilərəm? Bu mənim nə insanlığıma, nə də xanımlığıma yaraşan bir işdir. Mövzu haqqında heç bir fikrə sahib olmadan tənqid etdiyiniz zaman övladlarınızın gələcəyini, qohum və tanışlarınızda boşanmış xanımları düşünün. Kimin ailəsinin nəyə görə dağıldığını bilmədən ağzınıza gələn rəyləri yazırsınız. Heç kim boşuna, kefindən ailəsini dağıtmır.

Pis heç nə etməmişəm, ailə qurmuşam. Boşananı da, evlənəni də qınayırsınız. Ailə qurmuşam, nə günah işləmişəm ki? Bəziləri kimi ailəli ola-ola min hoqqadan çıxmamışam ki... Cəmiyyətdə xəyanət eden qadınları, uşaqlarınıza pis örnək olan insanları qınamalısınız, ailə quranları yox.

Evlilik təklifi almışam, boşanma səbəbini bilmişəm, daha sonra tanıyıb razılıq vermişəm. Elçilik olub, qohumları gəliblər valideynlərimdən istəyiblər, daha sonra nişan və nikah baş tutub".

Qeyd edək ki, bu, Hüseyn və Ayselin ikinci nikahıdır.



Axşam.az










Dear от 3 fevral 2021 16:48
Doğru deyirdə vallah.Bilib bilmədən danişmaq var bizim millətdə.Evləniblər Allah xoşbəxt etsin demək düşər.Daha ay niyə evləndi niyə boşandılar kimi məntiqsiz yanaşmazlar.Necədir necə deyil özləri bilər.Necə deyərlər bir yastiqda qocalsinlar))
--------------------
.....
İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ