Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Novruz Bayramı haqqında

Novruz Bayramı haqqında

Novruz Bayramı haqqında


Elmi araşdırmalar Novruz bayramının ibtidasını çox əski çağlarla – Zərdüşt peyğəmbərin yaşadığı dövrlə bağlayır, yaşını ən azı 3700, ən çoxu 5000 ilə bərabər edirlər. Bayramın keçirilməsi barədə nisbətən ətraflı məlumata yalnız 2000 il bundan öncə qələmə alınmış yazılarda təsadüf edirik.
Novruzun ilkin çağları ancaq saray mühiti ilə əlaqələndirilir və bayram yalnız şahlara, sultanlara məxsus bir bayram kimi təqdim olunur. Uzaq keçmişdə taxt-tac sahibi bayram günü adət üzrə adi günlər geyindiyi qırmızı libasın müqabilində bər-bəzəkli rəngli rəsmi paltar geyinir, başına isə “novruzi” adlanan ağ rəngli xüsusi bir papaq qoyurdu.

Bundan əlavə adət-ənənəyə görə bayram gününün səhəri hökmdarın önünə gümüş kürsüdə 7 ağ kasa və təzəcə kəsilmiş 7 ağ shikkə düzürdülər. Ardınca ona yenə gümüş sinidə ağ şəkər və kəsilib təmizlənmiş hind qozu gətirilirdi. Bir sözlə, dövlət başçısı bayram gününü içində xurma üzən təzə sağılmış südü içməklə başlar və hind qozunun “südü”ndə isladılmış xırda xurmalar daddıqdan sonra bunlardan əzizlərinə də yedirdirdi.

Sonralar, Nizami Gəncəvinin yaşadığı dövrlərdə Novruz Günü eyvanda xüsusi bir taxtda əyləşmiş hökmdarın qarşısından seçmə ağ atlar aparılır, qızıl-gümüşdən hazırlanmış qoşqu ləvazimatı nümayiş etdirilirdi. Həmin dövrdən 600 il sonra Azərbaycanda, xanlıqlar çağı Qarabağda Novruz bayramını təsvir edən
Y.V. Çəmənzəminlinin “Qan içində” romanında bayram yürüşündəki
atüstə bəylərin Şuşada Xıdır düzünə yollanmasından danışılır.

Bayramın ən baxımlı və heyrətamiz dəqiqələrindən biri atəş və fişəng tədbirləri olmuşdur. Burada atəşbaz ustalar tezalışan materiallardan quraşdırdığı müxtəlif bürc, qəsr modelləri , div, əcinnə, şeytan və s. fiqurları yürüş zamanı xərəklərdə gəzdirdikdən sonra, düzənliyə və ya geniş bir meydana gətirilir və hava qaraldıqda orada onlara od vurulurdu.

Qədim astroloji məlumata görə , martın 21-i Yaz güntəni – Novruzda ulu günəş zodiakın Balıqlar bürcündən ayrılıb, Qoç bürcünə daxil olur.Qalib Səma odunun Qoç bürcünə keçməsi və onun “taxta qalxıb hakimiyyəti ələ alması” , saf, ağ işığın təntənəsi, həm də ötən ilin qurtarıb yeni ilin başlanması tək qiymətləndirilir. Bu “Keçid anı”, “iltəhvil” və ya “təhvil saatı” adlanırdı. Həmin məqama az qalmış saraylarda və ayrı – ayrı evlərdə bayram süfrələri açılırdı. Adət üzrə həmin süfrələrə üzərinə ağ yumurta qoyulmuş bir güzgü (yumurta-həyat başlanğıcının rəmzi , güzgü isə Günəş işığının inikasıdır ) yerləşdirib onun üzərinə bir az buğda səpirdilər. Sonra onun hər 2 tərəfində ailə üzvlərinin sayına müvafiq şamdanlar və ya çıraqlar düzürdülər. Bir azdan “iltəhvil saatı” yaxınlaşır və onu sarayda münəccimlərin mürəkkəb hesablamaları, evlərdə isə süfrədəki su qabında yarpağın diksinməsi, güzgü üzərindəki yumurtanın fırlanması və qırmızı balıqların donub xeyli bir vəziyyətdə dayanması ilə müəyyən edirdilər.

Bu zaman evin, ailənin böyüyü“Səməni saxla məni, ildə göyərdərəm səni ” deyərək süfrədəki səmənidən bir az qayçılayıb , qayçını yaşca özündən kiçiyə ötürür, o, da bu hərəkəti təkrarlayırdı. Bu yolla bütün ailə üzvləri səmənidən bir az qayçılayırdı.

Daha çox sevdiyiniz və hər il sevə - sevə tətbiq etdiyiniz

Novruz Bayramı adət - ənənəsi hansıdır?










İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ