Mətanət "Space"ə keçdi: "Məni yıxan hələ anasından olmayıb" - Video
Aparıcı Mətanət Əliverdiyeva ATV kanalı ilə yollarını ayırıb.
Lunar.az xəbər verir ki, o, bundan sonra "Space" telekanalında çalışacaq. M.Əliverdiyeva bu gün ilk efirinə çıxıb. O, həftəiçi beş gün "Hər səhər Mətanətlə" proqramına aparıcılıq edəcək.
Bu gün yayımlanan proqram isə hadisəsiz ötüşməyib. Belə ki, proqram zamanı aparıcı yıxılıb. Həmin an efirə qısa fasilə verilib.
Məsələ ilə bağlı Axşam.az-a açıqlama verən Əliverdiyeva "Yıxılmamışam, yerə dekor üçün kubiklər düzülmüşdü. Əlim dəydi onlar dağıldı. Mətanəti yıxan hələ anasından olmayıb. Elə insanam ki, yıxılsam, deyəcəm, yıxıldım" sözlərini söyləyib. //Axşam.az