Mətanətin gəlini boşandıqdan sonra qızının adını dəyişdi - FOTO
Bir müddət öncə əməkdar artist Mətanət İsgəndərli ilə gəlini arasında qalmaqal yaşandı.
Lunar.az xəbər verir ki, Mətanət İsgəndərli adını nəvəsinə qoymuşdu. Canana isə "İnstagram" hesabında qızı ilə fotosunu paylaşaraq onun adını dəyişdiyini qeyd edib.
"Yeni adın mubarek Elayım.Hər bir ad insan həyatında önəm daşıyır. Gərək adı verəndə onu çox düşünüb verəsən, kiminsə könlünü xoş etməyə görə yox.Elay adının çox gözəl mənası var. Ay kimi gözəldir, cəfakeş və qayğıkeş deməkdir. Ümüd edirəm ki, qızım bu adının mənasını əməllərində göstərə biləcək."